Suriyanın cənubunda yerləşən Dəra əyalətindəki yerli mənbə İŞİD terror qruplaşmasının bu bölgədəki yüksək rütbəli liderlərindən birinin öldürülyünü açıqlayıb.
Qaynarinfo bu barədə "Npasyria"a istinadən xəbər
verir.
Mənbə "North Press” xəbər saytına bildirib ki, İŞİD qruplaşmalarından birinin lideri Əbu Səlim Əl-İraqi ləqəbli Məhəmməd Abdulla Əl-Bae Dərada öldürülüb.
Bu mənbəyə görə, Əl-İraqi Dəranın qərbində, Ədvan şəhərində iqamətgahını mühasirəyə alan Suriya təhlükəsizlik qüvvələri ilə toqquşmadan sonra özünü partlayıcı kəmərlə partladıb.
Əl-İraqi əslən İraqın Mosul şəhərinin sakini olub və Suriyanın cənubunda İŞİD-in yüksək səviyyəli liderlərindən biri hesab olunur. O, Suriya ordusu tərəfindən axtarışa verilmişdi.
Qeyd edilir ki, Suriyanın Raqqa və İraqın Mosul şəhərlərinin azad edilməsinə və İŞİD qruplaşması xilafətinin sona çatmasına baxmayaraq, bu qruplaşmanın üzvləri bir neçə nəfərdən ibarət kiçik qruplar şəklində vaxtaşırı hərbçilərə və mülki şəxslərə hücum edir.
M.Arif
Şərhlər