Xəbər lenti

Suriyada kürdlərə muxtariyyət verilə bilər (RƏSMİ)
Dünya11:49 26.09.2017

Suriyada kürdlərə muxtariyyət verilə bilər (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın xarici işlər naziri Valid Müallim gözlənilməz açıqlama ilə çıxış edib.

"Qaynarinfo" xəbər verir ki, "Russia Today" televiziyasına müsahibə verən Müallim "Suriyalı kürdlər Suriya sərhəddində muxtariyyət istəyir və bu məsələ müzakirə edilə bilər. İŞİD-lə mübarizə yekunlaşandan sonra masaya oturub kürd qardaşlarımıza təklif verə bilərik" deyib. 

Qeyd edək ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG Suriyada müəyyən ərazilərə nəzarət edir və Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edir. Tərəflər İŞİD terror təşkilatına qarşı mübarizədə birlikdə irəliləyir və ortaq hərbi əməliyyatlar təşkil edirlər. Lakin son dövrlərdə Deyr Əz Zor bölgəsində neftlə zəngin ərazilərə nəzarət məsələsinə görə tərəflər arasında gərginlik yaşanıb. 

Qeyd edək ki, ABŞ da terror təşkilatını dəstəkləyən ölkələrdəndir. Belə ki, ABŞ İŞİD-lə mübarizə məqsədilə YPG-yə milyardlarla dollar maddi və hərbi yardım edir.

Gülşən

Qaynarinfo.Az