
Suriyanın Latakiya əyalətində kütləvi toy mərasimi baş tutub.
Qaynar.info xəbər verir ki, 15 cütlüyün evləndiyi toy mərasimində bəylərin hamısı hərbçilər olub.
Suriyanın "Dəməşq" radiostansiyası bildirib ki, mərasim hərbçilərin terrorçulara qarşı göstərdikləri şücaətlərə hörmət əlaməti olaraq keçirilib. Toyda iştirak edən iqtidar partiyasının yerli nümayəndəsi Xələf əl Məftah bunun çox mühüm hadisə olduğunu deyib: "Xalq Suriya ordusunun ölkənin bütün əyalətlərində təhlükəsizliyi və sabitliyi təmin etməsini dəstəkləyir. Bun bir daha onu göstərir ki, həyat ölüm və terrordan güclüdür. Terroçular üzərində qələbəyə çox qalmayıb və ölkədə sülh bərqərar olacaq".
Qaynar.info

