2013-cü ilin fevral ayından bəri Suriyada 11 İran generalı öldürüldü.
Axar.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Məlumata görə, sonuncu dəfə Hələbin Hantuman bölgəsində general Cavad Durbun həlak olub.
Bundan öncə isə Dəməşq, Hələb və Kuneytra bölgələrində Həsən Şateri, Məhəmməd Camalizadə, Abdullah İsgəndəri, Cabbar Dərisavi ve Əli Allahdadi adlı generallar hərbi əməliyyatlar zamanı öldürülmüşdü.
Qeyd edək ki, Rusiyanın Suriyadan əsas qüvvələrini geri çəkməklə bağlı qərarından sonra İran xüsusi təyinatlılarını bu ölkəyə göndərməyə başlayıb.
Qaynarinfo.az