Suriyada vətəndaşların parlament seçkilərində səs verməsi üçün seçki məntəqələri açılıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Yerli vaxtla səhər saat 07:00 radələrində yeddi mindən çox seçki məntəqəsi fəaliyyətə başlayıb. Onlar axşam saat 7-dək açıq olacaq.
Məlumata görə, tədbirin işıqlandırılması üçün Dəməşqdə media mərkəzi yaradılıb. (report.az)
Qaynar.info