Xəbər lenti

Suriyada prezident seçkisi başladı - ancaq ölkənin bir hissəsində
Dünya07:28 26.05.2021

Suriyada prezident seçkisi başladı - ancaq ölkənin bir hissəsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada prezident seçkisi başlayıb.
Qaynarinfo xəbər verir ki, səsvermədə respublika daxilində və xaricində yaşayan 18 milyondan çox insan iştirak edə bilər.
Ancaq səsvermə yalnız Şamın nəzarətində olan bölgələrdə aparılır. Yəni, məsələn, İdlib sakinləri seçkilərdə iştirak etməyəcək.
Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov seçkilərin qanuni keçirildiyindən əminliyini bildirib. Eyni zamanda, diplomat hər şeyin yaxşı bitəcəyinə ümid etdiyini deyib.