Xəbər lenti

Suriyada qanlı olaylar: 60 ölü
Dünya11:11 19.07.2013

Suriyada qanlı olaylar: 60 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Döyüş zonalarında ölənlərin 23-ü dinc sakindir

Suriyanın bəzi şəhərlərində hökumət qüvvələri ilə üsyançılar arasında qızğın döyüşlər davam edir. "Suriya İnsan Haqları Müşahidəçiləri" adlanan hüquq-müdafiə qrupunun məlumatına görə, son sutka ərzində ölkədə ümumilikdə 60 nəfər döyüşlərdə həlak olub.

Onlardan 23-nün dinc sakin, 18-nin üsyançı qüvvələr, 15-nin Suriya ordusunun əsgəri, 4-nün isə polis olduğu bildirilir.

Ən ağır döyüşlər Dəraa vilayətinin Eyn-əl-Dəkər kəndində gedib. Hələb, İdlib, Homs, Duma, Raqqa, Deyr-əz-Zor şəhərlərində və paytaxt Dəməşq ətrafında da döyüşlərdə hər iki tərəfdən itki qeydə alınıb.


Qaynar.info