Suriyanın Dəməşq şəhərinin yaxınlığında bir qaz kəmərində partlayış baş verib. Nəticədə bütün ölkədə elektrik enerjisi kəsilib.
Qaynarinfo xəbər verir ki, bu barədə SANA respublikanın Neft və Mineral Ehtiyatlar naziri Əli Qənimə istinadən məlumat verib.
"Dumayr və Adra əraziləri arasında yerləşən bir qaz kəmərində baş verən partlayış Suriyada ümumi elektrik kəsilməsinə səbəb oldu”, - məlumatda deyilir.
Nazirin sözlərinə görə, partlayış terror aktı ola bilər. Qaz kəmərinin ölkənin cənub bölgəsini qazla təmin etdiyi qeyd olunur.
Alpər