Xəbər lenti

Suriyada tutulan azərbaycanlılardan xəbər var
Dünya05:20 19.06.2014

Suriyada tutulan azərbaycanlılardan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib.

ANS TV-nin məlumatına görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunub və Azərbaycan tərəfinə təhvil verilib. Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Mehman Balakişiyevin saxlanma şəraitilə maraqlanan İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında onunla görüş keçirib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun sözlərinə görə, o, Suriyaya getdiyinə görə çox peşmandır. Mən ondan soruşanda ki, niyə getmisən? O dedi ki, pul və qənimət dalınca getmişdim”.

Qaynar.info