Xəbər lenti

Suriyada üsyançıların lideri öldürüldü
Dünya13:55 18.11.2013

Suriyada üsyançıların lideri öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyadakı ən böyük üsyançı qruplaşmalardan biri olan “Tauhid Briqadası” öz komandiri Abdul Qadir Salehin öldüyünü rəsmən açıqlayıb.

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, A. Q. Saleh Hələbdə aviasiya bombasının partlaması nəticəsində ağır yaralanıb. Qonşu Türkiyəyə müalicəyə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Salehin yerinə komandir vəzifəsinə Abdul Əziz Salameh seçilib. “Tauhid Briqadası”nın tərkibində təxminən 8 minə yaxın döyüşçü olduğu bildirilir.

Qaynar.info