
Suriyada baş vermiş kimyəvi qətliamda oğlunun öldüyünü zənn edən ata ilə oğlunun bir-birinə qovuşma görüntüləri izləyənləri şoka salıb.
Qaynar.info xəbər verir ki, suriyalı fəallar tərəfindən yüklənən video Suriyada baş verənlərin nə qədər ağır olduğunu təsdiq edir.
Oğlunu qarşılamaq üçün evindən çıxan ata göz yaşları içində onu qucaqlayıb.
Dünyada milyonlarla insan tərəfindən izlənilən bu video hətta ərəbcə bilməyənləri belə təsirləndirib.
Qaynar.info