
Suriya mediası Şam şəhərindəki Şərqi Quta bölgəsində atəşkəs qərarının saat 12.00-dan etibarən qüvvəyə mindiyini bildirib.
"Qaynarinfo" xəbər verir ki, Misirin paytaxtı Qahirədə imzalanan atəşkəslə tərəflər silahları yerə qoyub. Razılaşma Rusiya Müdafiə Nazirliyi tərəfindən elan edilmişdi. Türkiyə, Rusiya və İran höküməti may ayında Suriyanın 4 fərqli ərazisində atəşkəs barədə razılaşmışdı və Quta bölgəsi 4 ərazidən biri idi.
Atəşkəsin qüvvəyə minməsi ilə bölgəyə humanitar yardım qrupları buraxılacaq və yaralılar müalicə olunacaq.
Qeyd edək ki, bu qərara baxmyaraq Liviya-Suriya sərhəddində Hizbullahın başladığı hücum nəticəsində döyüş bölgəsi yaranıb və suriyalı müxaliflərlə Hizbullah arasında şiddətli atışmalar davam edir. Liviya mediası indiyə qədər 10 Hizbullah üzvünün öldürüldüyünü deyir.
Gülşən