
"Suriyanın Əl-Bab şəhərinin Türk ordusunun nəzarətinə keçməsi Türkiyəyə nə qazandıracaq?"
Qaynarinfo.Az xəbər verir ki, bu sualı şərh edərkən politoloq Elxan Şahinoğlu bir neçə maraqlı məqama toxunub.
Elxan Şahinoğlunun fikrincə, Türkiyə ordusu yaxın saatlarda və ya günlərdə Suriyanın Əl-Bab şəhərini terrorçulardan təmizləsə, bu nəticə iki səbəbdən Ankara üçün vacib olacaq:
"Birinci vacib səbəb - Əl Babın azad edilməsiylə 15 iyul hərbi çevrilişinə cəhddən sonra Türkiyə ordusunun imicinə vurulan zərbənin miqyası ortadan qaldırılacaq, ordu əvvəlki qüdrətini bərpa etmiş olacaq.
"İkinci səbəb – Türkiyənin Suriyada Rusiya və İrandan da güclü oyunçu olduğu bütün qarşıduran tərəflər, o cümlədən ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, Rusiya, İran, hətta Əsəd özü qəbul edəcək".
Politoloq bildirib ki, digər ölkələr Suriyada terrorçulara qarşı yalnız hava zərbələri endirərkən, azsaylı xüsusi təyinatlıları əməliyyatlarda iştirak edərkən Türkiyə hava bombardmanlarıyla yanaşı ordusu ilə terrorçulara qarşı quru əməliyyatlarında da fəal iştirak edir.
Qafqaz Rafiqoğıu
Qaynarinfo.Az