Xəbər lenti

Suriyanın Rusiyadakı səfirliyi:
Dünya 14:41 09.12.2024

Suriyanın Rusiyadakı səfirliyi: "Bəşər Əsəd Moskvadadır"

Suriyanın Rusiyadakı səfirliyi TASS-a devrilən Suriya prezidenti Bəşər Əsədin hazırda Moskvada olduğunu təsdiqləyib. 

Qaynarinfo xəbər verir ki, Kreml bundan əvvəl Əsəd və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərarın prezident Vladimir Putin tərəfindən verildiyini bildirsə də, onun harada olması ilə bağlı şərh verməkdən imtina edib.

Suriyanın Rusiyadakı səfirliyində olan agentliyin həmsöhbəti "Bəli, o, Moskvadadır", deyib. Onlar diplomatik missiya ilə Bəşər Əsəd arasında heç bir əlaqənin olmadığına aydınlıq gətiriblər. 

Bir gün əvvəl TASS da Kremldəki mənbəyə istinadən yazıb ki, Suriyanın keçmiş prezidenti ailəsi ilə birlikdə Moskvaya uçub və orada onlara sığınacaq verilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Bəşər Əsədin isə Moskvaya gəlişi ilə bağlı məlumatı şərh etməkdən imtina edib. "Bu mövzuda deyəcək heç nəyim yoxdur", deyə Kreml nümayəndəsi qeyd edib.

Noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçib. Onlar Hələb, Homs, Həmanı ələ keçirib və paytaxtı Dəməşqə yaxınlaşıblar. Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->