
Suriyanın Babbila, Beyt Səhm və Yalda şəhərlərində milli barışıq əldə olunduqdan sonra, bu şəhərlərdəki silahlılar silahlarını təhvil veriblər.
İslamazeri.az-ın “Al Alam”-ə istinadən verdiyi xəbərə görə, Suriya ordusu adı çəkilən şəhərlərə daxil olaraq, şəhərləri torpaq sipərlərindən təmizləyiblər.
Dəməşqin valisi Hüseyn Məluf da xalqın arasında iştirak edərək, söz verib ki, ictimai xidmətlər bu şəhərlərdə yenidən başladılacaq. Zeynəbiyyə məntəqəsinin ətrafında yerləşən üç şəhər son aylarda şiddətli qarşıdurmalara şahid olmuşdur.
Məlumata əsasən, üç şəhərdə milli barışıq Suriya bayraqlarının şəhərlərin uca ərazilərində qaldırılmaqla başlayıb. Babbila şəhərinin barışıq komitəsinin üzvü Məhəmməd Xavəndi bildirib ki, xəstələr və yaralılar xəstəxanaya köçürülüblər və ümid edirlər ki, 2 gün ərzində sakinlər geri qayıdacaqlar.
Dünən həyata keçirilən razılığa əsasən Babbila, Beyt Səhm, Mudamiətəş Şam, Barsax, Yalda və qaçqınların Yamuk düşərgəsində silahlar yerə qoyulub və bu şəhərlərdə Suriya bayrağı dalğalandırılıb.
Qaynar.info