
“NBC News” telekanalı ABŞ hökumətindəki mənbələrə istinadən bu barədə məlumat yayıb.
Qərb ölkələri Suriya ərazisinə avia zərbələr vurmağa hazırlaşırlar. Anspress qərb mətbuatına istinadən bildirir ki, son həftə ərzində durum kəskinləşib və nəzərdə tutulan əməliyyatlar üçün mümkün vaxt kimi bu həftənin dördüncü gününü deyirlər. Gözlənilir ki, həmin gün durum Britaniya parlamentində və Brüsseldə müzakirə ediləcək.
“NBC News” telekanalı ABŞ hökumətindəki mənbələrə istinadən bildirib ki, nöqtəvi aviazərbələr dördüncü gün başlayacaq və üç gün davam edəcək. Həmçinin Böyük Britaniya baş naziri Devid Kemeron parlamenti tətildən geri çağırır, dördüncü gün Suriyada durum və bu ölkədə hərbi əməliyyatlar aparmaq imkanı müzakirə ediləcək.
Qaynar.info