
Fransanın "Le Figaro" qəzeti İsrail, ABŞ və İordaniya ordusunun avqustun ortalarından bəri Suriyanın paytaxtı Dəməşqə doğru irəlilədiklərini yazıb.
Qaynar.info-nun məlumatına görə, qəzet bundan başqa ABŞ ordusunun İordaniyada təlim keçdiyi suriyalı müxalif birliklərinin artıq Suriya ərazisinə daxil olduğunu bildirib. Həmçinin, İsrail, İordaniya və MKİ casuslarının komandanlıq etdiyi 300 nəfərlik ilk qrup avqustun 17-də Suriyanın cənubundan sərhədi keçib. İkinci qrupun isə avqustun 19-da sərhədi keçdiyi bildirilib.
"Le Figaro" hərbi mənbələrə istinadən verdiyi xəbərdə ABŞ-ın Suriya-İordaniya sərhədində yaradılan düşərgələrdə Azad Suriya Ordusundan seçilmiş döyüşçülərə aylardan bəri gizli şəkildə təlim keçdiyini yazıb.
Qaynar.info