
İordaniyada 18 ölkədən 15 min nəfərlik ordunun qatılacağı hərbi təlimlər keçiriləcək.
Qaynar.info-nun məlumatına görə, İsrailin "Ynet" saytı İordaniyada 15 min hərbçinin iştirakı ilə keçiriləcək təlimdəm sonra da, onların bu ölkədə qalacağını və Suriyaya hərbi müdaxilə üçün əmr gözləyəcəklərini yazıb.
Sözügedən məlumatı Qərb mənbələrinə istinad edən sayt iki həftəlik təlimdən sonra qoşunların İordaniyada qalacağını bildirib.
İngiltərə, Bəhreyn, Kanada, Çexiya, Livan, Pakistan, Polşa, Qətər, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Yəmənin qatıldığı hərbi təlimlər quru, xilasetmə və humanitar yardım sahələrini əhatə edəcək.
İordaniyadakı təlimə İsrail qatılmayacaq. İsrailin "qırmızı xətti"nin Hizbullaha silah göndərilməsinin qarşısını almaq olduğu və bu məsələdə hər an hazır dayandığı bildirilib.
Xəbərdə eyni zamanda Pentaqonun Suriyada uçuşa qadağan zonanın yaradılması ilə bağlı planlar çızdığı da qeyd olunub. Suriyada yaradılacaq uçuşa qadağan zonaya ABŞ, İngiltərə və Fransanın rəhbərlik edəcəyi də bildirilib.
Qaynar.info