
Suriyada avqustun 21-də 1420 nəfərin ölümünə səbəb olan kimyəvi hücuma cavab vermək üçün Konqresdən rəy almağa çalışan Obama administrasiyası ictimaiyyətə qətliamla bağlı yeni videolar təqdim edib.
Qaynar.info-nun məlumatına görə, kəşfiyyat tərəfindən ələ keçirilən həmin videolar ilk dəfə olaraq mətbuata çıxarılıb.
CNN telekanalının ələ keçirdiyi 13 video ilk dəfə ABŞ Senatındakı Kəşfiyyat Komitəsinin üzvləri tərəfindən izlənilib.
Videolarda yerdə uzanan, amma yara almayan insanlar görüntülənir.
Görüntülərdə həmçinin, 5 yaşlı uşağın qazın təsiri ilə titrədiyi, başqa birinin isə ağzı köpüklü halda qusduğu açıq aydın görünür.
Qaynar.info