Rusiya Müdafiə Nazirliyinin saytında artıq ordu generalı Sergey Surovikinin adı artıq rəhbərlər siyahısında yoxdur. Müdafiə idarəsinin saytındakı məlumatdan belə çıxır.
Qaynarinfo xəbər verir ki, bu fakt
Lenta.ru nəşrinin diqqətini çəkib.
Media yazır ki, Surovikinin iyunun 24-də Moskvaya doğru irəliləyən "Vaqner” döyüşçülərinə videomüraciəti dərc edildikdən sonra general daha ictimai məkanda görünməyib. Bundan əvvəl mətbuat generalın saxlanması ilə bağlı yazsa da, bu məlumat rəsmi təsdiqini tapmayıb. Surovikinin saxlanması onun qızı tərəfindən də təsdiqlənməyib. Eyni zamanda, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bir müddət əvvəl generalın dincəldiyini və hələlik orada olmadığını bildirib.
Sentyabrın 4-də Surovikinin həyat yoldaşı ilə gəzərkən tünd eynəkli fotosu internetdə yayımlanıb. Şəkil Kseniya Sobçakın "Qanlı xanım" "Telegram" kanalında
yayımlanıb.
Alpər