Çinin Tianjin şəhərində enəcəyi dayanacağı qaçırdıqdan sonra avtobus sürücüsünün yanına gələn və avtobusun dayandırılmasını istəyən yaşlı adam bu istəyi rədd ediləndən sonra dəliyə dönüb.
ANS PRESS-in məlumatına görə, bir andaca sürücüyə hücum edən yaşlı adam avtobusdakı sərnişinlərin qışqırıqlarına baxmayaraq hücuma davam edib.
Avtobus sürücüsü isə içi sərnişinlə dolu olan avtobusu sağa-sola sürüb. Bu zaman sərnişinlər qorxularından qışqırmağa başlayıblar. Onlar ölümdən qurtarmaq üçün yaşlı adamı və sürücünü sakitləşdirməyə çalışıblar.