Xəbər lenti

Sürücü huşunu itirdi - Tramvayı sərnişinlər dayandırdı
Dünya05:38 28.12.2019

Sürücü huşunu itirdi - Tramvayı sərnişinlər dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın Bonn şəhərində sürücüsü huşunu itirən tramvay sərnişinlər tərəfindən dayandırılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, gecə saatlarında marşrut üzrə hərəkət edən tramvay saat 1-də dayanacaqlarda dayanmadan hərəkət edib. Bundan narahat olan Sərnişinlər sürücü ilə əlaqə qurmağa çalışıb, amma heç kim cavab verməyib.
Daha sonra iki vətəndaş şüşəni qıraraq sürücü kabinasına daxil olub. Daxil olandan sonra onu huşsuz vəziyyətdə görüblər.
Tramvay sahibi olan nəqliyyat şirkəti ilə əlaqə saxlayan sərnişinlər onlara telefonda tramvayın necə dayandırıldığı başa salınandan sonra nəqliiyat vasitəsini dayandıra bilib. Ciddi xəsarət alan olmayıb.