Xəbər lenti

Şuşan Stepanyan da istefa verdi
Siyasət13:58 20.11.2020

Şuşan Stepanyan da istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan vəzifəsindən istefa verib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz "Facebook" hesabında məlumat verib.
Qeyd edək ki, S. Stepanyan bu ilin martında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın əmri ilə mətbuat xidmətinin rəhbəri təyin olunub.
Qarabağda məğlubiyyətdən sonra Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan 16 noyabrda, fövqəladə hallar naziri Feliks Tsolakyan 17 noyabrda, müdafiə naziri David Tonoyan və əmək naziri Zarui Batoyan isə 20 noyabrda istefa verib.