Xəbər lenti

Süveyş kanalı növbəti dəfə bağlandı
Dünya19:56 28.05.2021

Süveyş kanalı növbəti dəfə bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Maersk Emerald” konteyner gəmisi Süveyş kanalının ortasında ilişib qalıb.
Bu barədə "Qafqazinfo” "Reuters”ə istinadən xəbər verir.
Gəmi cənub istiqamətində kanaldan keçərkən mühərrikində problemlər yaranıb. "Maersk Emerald” sayadan çıxarılıb və təmir edilib, sonra kanalda hərəkət qaydasına düşüb.
Xatırladaq ki, martın 23-də "Ever Given” gəmisi saya oturması səbəbindən Süveyş kanalını bağlamışdı. Onu sayadan çıxarmaq yalnız martın 29-da mümkün olmuşdu.