"ÇXR ilə ABŞ arasındakı qarşıdurma, şübhəsiz ki, həm iki ölkə üçün, həm də bütün dünya üçün fəlakətdir".
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu sözləri Çin lideri Si Szinpin ABŞ prezidenti Co Bayden ilə söhbəti əsnasında deyib.
O, eyni zamanda Çin-Amerika əməkdaşlığının "dünyaya fayda" verə biləcəyini vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Co Baydenin andiçmə mərasimindən sonra ilk dəfə Çin lideri Si Szinpin ilə telefon danışığı apardığı məlum olub.
Alpər