Tacikistan Əfqanıstanın şimalındakı Pəncşir əyaləti ilə hava körpüsü qurub. Pəncşir "Taliban” terror hərəkatının gücünə müqavimət mərkəzinə çevrilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Herat Times məlumat yayıb.
Nəşrin mənbəsinin bildirdiyinə görə, silah, sursat və digər zəruri hərbi yardımlar Tacikistandan Pəncşirə vertolyotla çatdırılıb.
Müqavimət hərəkatının üzvləri yaraqlılar tərəfindən mühasirəyə alındığından kömək lazım gəlib.
Qeyd edək ki, Pəncşirdə əsasən taciklər yaşayır. Onlara Əfqanıstanın milli qəhrəmanı Əhməd Məsudun oğlu, "Taliban”a qarşı uğurlu mübarizəsi ilə məşhur olan kiçik Əhməd Məsud rəhbərlik edir. Bəzi mənbələrə görə, hətta aviasiyaya sahib olduğu deyilən bir neçə min əsgər Məsudun ətrafında toplanıb. Orada "Taliban” tərəfindən devrilən Əfqanıstan hökumətinin nümayəndələri də var.
Alpər