Xəbər lenti

Taekvandoçularımızdan bir qızıl, dörd bürünc medal
İdman07:16 14.02.2022

Taekvandoçularımızdan bir qızıl, dörd bürünc medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taekvondoçularımız yeni mövsümün ilk yarışında qızıl medal qazandı. 
Qaynarinfo xəbər verir ki, kişilərdən ibarət millimizin üzvü, 87 kq yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsaev rəqibləri olan türkiyəli Ekrem Əli Yılmazı, koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyanı təmsil edən Mixail Poduzovu məğlub edərək "Turkish Open” beynəlxalq turnirinin qalibi olub.
Komandanın digər üzvlərindən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq) yarlmfinalda məğlub olaraq  bürünc medala layiq görüldü. 
Beləliklə, komandamız, 49 ölkədən 1250 taekvondoçunun qatıldığı ənənəvi turniri bir qızıl və dörd bürünc medalla başa vurdu.
Qadınlar arasında ilk yarış günü iki taekvondoçumuz, Patimat Abakarova (53 kq) və  Fəridə Əzizova (67 kq) bürünc medala sahib olmuşdular.
Səbuhi Həsənov