Xəbər lenti

Taekvondoçularımız İranda 4 medal qazandı
İdman20:13 09.03.2022

Taekvondoçularımız İranda 4 medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən ənənəvi "Fajr Open" G-2 kateqoriyalı beynəlxalq turniri sona çatıb.
Qaynarinfo xəbər verir ki, yarışın son günü daha iki idmançımız, Cavad Ağayev (-68 kq) və Radik İsaev (87+ kq) yalnız final döyüşlərində məğlub olaraq gümüş medallara layiq görüldülər. 
Daha öncəki günlərdə isə iki qadın taekvondoçularımız, Patimat Abakarova (-53 kq) bürünc və Fəridə Əzizova (-67 kq) gümüş medal qazanmışdı.
Sabahdan etibarən isə yığmamız, 4 gün davam edəcək G-2 kateqoriyalı "President Cup Asia” turnirində qüvvəsini sınayacaq.
Səbuhi Həsənov