XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar
İdman19:46 04.09.2026

Taekvondoçularımız İsveçrədə mübarizə aparacaqlar

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar.

Qaynarinfo Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) təmsil edəcəklər.

İdmançılar səfərə milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, turnir sentyabrın 6-da start götürəcək.