Tailandda koalisiya hökuməti qurulur.
Qaynarinfo xəbər verir ki, 24 martda baş tutan seçkinin qalibi müxalif "Pheu Thai" Partiyası olub. Paytaxt Banqkokda keçirilən mətbuat konfransında çıxış edən Baş Nazir postuna namizəd Sudarat Keyuraphan bu barədə məlumat verib. O, partiyasının "İrəli Gələcək", "Liberal", "Yeni İqtisadiyyat", "Prachachart", "Puea Chart" və Tailand Xalq Partiyası ilə razılıq əldə etdiyini açıqlayıb. "Pheu Thai" parlamentdə ümumilikdə 255 yer qazanıb və hökumət qura bilmək üçün 121 yerə ehtiyacı var.
Qeyd edək ki, Tailandda 2014-cü ildə baş tutan hərbi çevrilişdən sonra xunta hökuməti qurulmuşdu.
Gülşən