Koronavirus səbəbindən Tailanda turist axınının azalması meymunların şəhərə axın etməsinə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, meymunlar onları bələyən turistlər olmadığı üçün ac qalıb və yemək tapmaq üçün küçələrə çıxıblar. Sonqkala məbədinin altında yaşayan meymunların yemək üstündə bir-birləri ilə dalaşması isə şəhərdə qarışıqlığa səbəb olub.
Qeyd olunur ki, epidemiya səbəbindən ölkəyə turist axını 44 faiz azalıb.