
Taksim Platformasının üzvləri Türkiyə baş nazirinin müavini Bülənt Arınçla görüşüblər.
Qaynar.info-nun məlumatına görə, Platforma üzvləri görüş zamanı hökumətə öz tələblərini çatdırıblar.
Tələblərini Arınca çatdıran aksiya iştirakçıları "Hadisələrin axışını hökumətin atacağı addımlar bəlli edəcək" deyiblər.
Aksiyaçıların hökumətin qarşısına qoyduğu tələblər aşağıdakılardır:
Gezi Parkı park olaraq qalmalıdır. Gezi Parkında heç bir tikintinin aparılmayacağının açıqlanması,
AKM-in (Atatürk Kültür Mərkəzi) dağıdılmasından imtina olunması,
Başda İstanbul olmaqla, Ankara və Hatay valiləri və əmniyyət müdirləri olmaqla günahkarların işdən çıxarılması,
Qaz bombası və buna bənzər maddələrin qadağan olunması,
Aksiyalar zamanı həbs olunanların dərhal azad olunması,
1 May meydanı olan Taksim və Qızıl Aypara başda olmaqla Türkiyədəki bütün meydanlarda toplantı, mitinq qadağalarının ləğv olunması,
Söz azadlığı qarşısındakı bütün maneələrin götürülməsi.
Qaynar.info