
Türkiyənin Taksim meydanında təmir-bərpa işlərinə başlanılıb.
Qaynar.info xəbər verir ki, bu barədə ANS TV-nin “Xəbərçi” proqramında məlumat verilib və kadrlar göstərilib.
Televiziya İstanbul müxbirinə istinadən qeyd edib ki, bu gün səhər tezdən başlayaraq meydan tamamilə boşaldılıb və İstanbul Böyük Şəhər Bələdiyyəsi meydanda etiraz alksiyaları zamanı dağıdılan yerləri təmir edir, ağaclar və güllər əkilir.
Ümumi polis nəzarəti olsa da, yollarda hərəkətlər tam bərpa edilib.
Qaynar.info