
İstanbulun Taksim meydanında dünən gecə polislə radikal qruplar arasında baş verən gərginlik səhər saatlarından sakitləşməyə başlayıb.
Qaynar.info-nun məlumatına görə, bütün gecəni Gəzi Parkında olan aksiyaçılar radikal qruplara qoşulmayıblar. Polis Gəzi Parkına müdaxilə etməsə də, radikal qruplara qarşı su və bibər qazından istifadə edib.
Səhər isə maraqlı hadisə ilə yadda qalıb.
Gəzi Parkındakı aksiyaçılar Taksim meydanındakı Atatürk abidəsinin qarşısında polislərlə futbol oynayıblar.
Qaynar.info