Xəbər lenti

Taksimdə gərginlik son həddə - YENİLƏNİB - CANLI YAYIM
Dünya07:43 11.06.2013

Taksimdə gərginlik son həddə - YENİLƏNİB - CANLI YAYIM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

CANLI: 12:43

Taksim meydanında gərginlik davam edir. 

Polis qüvvələrinin mühasirəyə aldığı meydanda toplaşan aksiya iştirakçıları artıq molotov kokteyllərindən istifadə etməyə başlayıblar. 

İstanbul valisi Avni Mutlu Twitter hesabından yaydığı mesajda bəzi aksiya iştirakçılarının tüstü və duman çıxaran əşyalar atdığını bildirib. Vali həmçinin aksiya iştirakçılarının fişənglərdən də istifadə etdiklərini deyib. 

10:17

İstanbul polisi Taksim meydanına gedən yolları bağlayıb. Bu barədə cərşənbə axşamı "CNN Türk" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, hazırda bəzi qruplar Taksim meydanında etiraz aksiyalarını davam etdirir.

Daha əvvəl yayılan məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iyunun 12-də Taksim meydanında olan etirazçıların nümayəndələri ilə görüşəcək. // Trend