
Avropa Birliyindən məsul nazir Egemen Bağış CNN İnternational televiziyası müxbirinə Taksimdə yerləşən Gəzi Parkı hadisələriylə bağlı açıqlama verib.
Bağış deyib: "Nümayişçilərə qarşı kobud rəftar edən polis işçilərini tutacağıq. Biz 75 milyonun hökumətiyik. Polisin Gəzi Parkındakı ağacları qorumaq istəyən səmimi şəxslərə qarşı kobudcasına bibər qazından istifadə etməsiylə birlikdə o şəxsləri dəstəkləyənlər də nümayişçi qrupa daxil olub. Dinc aksiyanı öz xeyri üçün istifadə etmək istəyənlər də vardır. Mediada çox sayda insanın yaralandığı kimi ittihamlar dilə gətirilir".
Jurnalistin "bu etirazlar qarşısında nə demək istərdiniz?" sualına Egemen Bağış insanların problemləri olduğunu və hökumətin də onlara qulaq asacağı cavabını verib.
Qaynar.info