Taliban təşkilatı Əfqanıstanın qərbində 12 nəfəri əsir götürüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fərah əyaləti şurasının sədr müavini Şah-Mahmud Nəimi məlumat verib. Onun sözlərinə görə, silahlı şəxslər 12 sivil vətəndaşı qaçırıb, 2 əsiri isə vurublar.
Taliban hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.