Xəbər lenti

Taliban bir illik hakimiyyətini belə bayram edir
Dünya10:33 15.08.2022

Taliban bir illik hakimiyyətini belə bayram edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir il əvvəl bu gündə (15 avqust) Əfqanıstan Talibanın əlinə keçdi və bu qruplaşmanın qüvvələri Kabilə daxil oldu. Bir il sonra "Taliban” bu hadisəni qeyd etməyə müxtəlif planlar hazırlayıb.
Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.
Talibanın sözçüləri bildiriblər ki, bu gün Əfqanıstan Milli Televiziyasının binasında görüş keçiriləcək. Bu mərasimdə Talibanın yüksək rütbəli məmurları iştirak etməli olsalar da, kimin iştirak edəcəyi müəyyənləşməyib.
Həmçinin bu gün münasibəti ilə Kabil və bəzi digər əyalətlərdə "Taliban”ın ağ bayrağı quraşdırılıb.
Taliban tərəfdarlarından bəziləri "Məsud" kəsişməsində və Kabildəki Amerika səfirliyi yaxınlığında toplaşaraq bu qruplaşmaya dəstək şüarları səsləndiriblər.
BBC-nin Qəndəhar əyalətindən müxbiri İskəndər Kermani xəbər verir ki, Talibanın bəzi yerli rəsmiləri və Talibanın əsas mənşəyi Qəndəhar vilayətindəki tərəfdarları da bu günü qeyd edirlər.
Bir il öncə ABŞ qüvvələri Əfqanıstanı birdəfəlik tərk etdikdən sonra ölkə Taliban qüvvələrinin əlinə keçib.
Taliban ölkənin yeni təqvimində hakimiyyətə gəlməsinin ildönümü münasibətilə bu gün rəsmi tətil elan edib.
M.Arif