Xəbər lenti

Taliban bu ölkəyə 7 raket atdı
Dünya17:54 08.05.2022

Taliban bu ölkəyə 7 raket atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taliban Tacikistanın Farxor rayonundakı Pənc sərhəd zastavası istiqamətinə yeddi raket zərbəsi endirib. 
Qaynarinfo xəbər verir ki, raketlər Əfqanıstanın Taxor əyalətinin Xocaqor ərazisindən atılıb. 
Bu barədə məlumat verən Tacikistan Təhlükəsizlik Komitəsi bildirib ki, raketlər Taliban və İŞİD qruplaşması tərəfindən atılıb. Raketlərin dördü Pənc çayına, üçü isə zastavanın yaxınlığındakı meşə zolağına düşüb.
Qeyd olunub ki, Tacikistan sərhədçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Tacikistan-Əfqanıstan sərhədində vəziyyət sabitdir.