Xəbər lenti

"Taliban"dan Rusiyaya cavab: "Əfqanıstanın İŞİD-in yuvasına çevrilməsinə imkan verməyəcəyik"
Dünya14:53 29.07.2022

"Taliban"dan Rusiyaya cavab: "Əfqanıstanın İŞİD-in yuvasına çevrilməsinə imkan verməyəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən günlərdə müxtəlif ölkələrin hakimiyyət orqanları, o cümlədən Rusiyanın bu ölkədəki xüsusi nümayəndəsi Əfqanıstanda İŞİD döyüşçülərinin sayının artmasına görə narahatlıqlatını ifadə ediblər.
Qaynarınfo bu barədə "Taliban" sözçüsü Zəbihullah Mücahidin "Twitter" səfhasinə istinadən xəbər verir.
O, Rusiya nümayəndəsinin Talibanın hakimiyyətə gəlişindən sonra Əfqanıstanda İŞİD qüvvələrinin üç dəfə artırılması ilə bağlı açıqlamasına onun adını çəkmədən cavab verib:  "Əfqanıstanda İŞİD-çilərin artması tam yanlış və reallıqdan uzaq məlumatdır. Taliban Əfqanıstanın İŞİD-in yuvasına çevrilməsinə imkan verməyəcək. Burda İŞİD məğlub olub və yox olmaq üzrədir”.
"Bununla bağlı narahatlıq yaratmaq İŞİD-in təbliğat kampaniyasının xeyirinədir, bunu etmək olmaz”.
Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov cümə axşamı jurnalistlərə bildirib ki, Rusiyanın hesablamalarına görə, Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda İŞİD döyüşçülərinin sayı üç dəfə artıb və 2 mindən dən 6 minə çatıb.
M.Arif