Novruz, Aşura, Qadınlar günü kimi xüsusi günlər Əfqanıstan təqvimindən çıxarılıb.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
Bu il, yeni şəmsi (günəş ili) ilin əvvəlində Taliban Əfqanıstan təqvimindən "Novruz” sözünü çıxararaq, "Yeni il bayramı” ifadəsi ilə əvəz edib.
Bu məsələ o günlərdə böyük səs-küyə səbəb olmuşdu, lakin Taliban sözçüsü Zəbihullah Mücahid Novruz bayramını Əfqanıstanın rəsmi təqvimindən çıxarsalar da, Novruzu qeyd edənlərlə heç bir təzıq olmayacığını söylədi. Təbii ki, Mücahidin bu iddiası yalandan başqa bir şey deyildi. Çünki 13 gün davam edən Novruz şənliklərində Taliban insanları bacardıqları qədər parklarda, istirahət yerlərində və şəhərlərdən kənarda sıxışdırıb.
Bundan əvvəl Taliban 8 Mart Beynəlxalq Qadınların Həmrəyliyi Gününü təqvimdən çıxarmışdı və ötən il Əfqanıstanda bu gün qeyd olunmamışdı.
Həmçinin yerli və xarici KİV-lər Talibanın Əfqanıstan təqvimində rəsmi tətil günü sayılan Məhərrəm ayının 10-unu, Aşuranı aradan qaldırdığını bildirir.
Hazırda Əfqanıstanın əyalətlərində və şiələrin məskunlaşdığı bölgələrində Aşura mərasimləri normal keçirilir. Lakin bu mərasimlər daha məhdud miqyasda radikal sələfi qruplaşmaların və İŞİD-in kəskin reaksiyalarının, hətta terror aktlarının qorxu və narahatlığının kölgəsi altında keçirilir.
Qeyd edilir ki, Əfqanıstanın təqvimindən çıxarılan günlərə Novruz, Aşura, Beynəlxalq Qadınlar Günü, Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü, Əmək Günü, Təbiət Günü və daha 15-dən çox olduğu deyilən bir sıra digər daxili və beynəlxalq tədbirlər daxildir.
M.Arif