Taliban terror təşkilatının Qəznə şəhərinə təşkil etdiyi hücumdan sonra ölkədə yaranan siyasi böhran istefalara səbəb olub.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, ölkənin yeni seçilən prezidenti Əşrəf Qəninin milli təhlükəsizlik müşaviri Hanif Atmar, müdafiə naziri Tarik Şah Bəhrami, daxili işlər naziri Veyis Bərmək və kəşfiyyat idarəsinin sədri Məsum Estanikzey istefa verib və sadəcə təhlükəsizlik müşavirinin istefası qəbul edilib.
Qeyd edək ki, 10 avqustda Taliban şəhərə hücum etmiş, aralarında mülki vətəndaşlar da olan 150 nəfər dünyasını dəyişmiş, 40 nəfər yaralanmışdı.
Gülşən