Xəbər lenti

“Taliban” Əfqanıstanda böyük bayram paradı keçirdi (VİDEO)
Dünya12:26 31.08.2022

“Taliban” Əfqanıstanda böyük bayram paradı keçirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Taliban” hökuməti son amerikalı əsgərin Əfqanıstanı tərk etməsi münasibətilə bayram elan edib və ölkənin dövlət televiziyası ilə yayımlanan Bəqram bazasında hərbi parad keçirib.
Qaynarinfo BBC-nin fars bölməsinə istinadən xəbər verir.
Paradda sarı çəlləklərdə partlayıcı daşıyan "Kəndək İstişadi” (intihar bölmələri) kimi tanınan çoxlu motosikletçi "Taliban” rəsmilərinin önündən keçib. 
Daha əvvəl "Taliban”ın daxili işlər nazirinin müavini bildirib ki, kamikadzelər "Taliban”ın qürurudur və "onların sayı bizim sirlərimizdən biridir".
Həmçinin bu paradda çoxsaylı Raket sistemləri, tank, helikopter və başqa hərbi texnika  və silah sursat nümayiş etdirilib.
Ötən bir ildə "Taliban” əvvəlki hökumətin ordusundan qalan hərbi texnikanı təmir və istifadə edə bilib. ABŞ Müdafiə Nazirliyi təxminən 7.2 milyard dollarlıq hərbi texnikanın "Taliban”ın əlinə keçdiyini bildirib.
Qeyd edilir ki, Kabilin şimalındakı Bəqram bazası iyirmi il ərzində minlərlə Amerika və beynəlxalq əsgərə ev sahibliyi edib.
M.Arif