Xəbər lenti

"Əl Qaidə" əsirliyindən azad olan jurnalist: "Başımı qaşımaq qadağan idi"
Dünya08:16 27.10.2018

"Əl Qaidə" əsirliyindən azad olan jurnalist: "Başımı qaşımaq qadağan idi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən günlərdə Suriyadakı 3 illik girovluqdan sonra azad edilərək Türkiyəyə keçən yaponiyalı jurnalist Jumpei Yasuda əsirlik həyatından bəhs edilib.
Qaynarinfo xəbər verir ki, 2015-ci ildə Türkiyədən qeyri-qanuni şəkildə Suriyaya keçən Yasuda "Əl Qaidə" Suriya cəbhəsi "Əl Nüsrə" tərəfindən əsir alınmışdı. O, 1,5 m hündürlük, 1 m genişliyə malik hücrədə saxlanıldığını, nadir hallarda yemək üçün konserva qutusu verildiyini, lakin qabın qapağını açmaq üçün heç nə verilmədiyindən danışıb. Jurnalistin sözlərinə görə, hücrədə səs salmaq qadağan idi. Hadisələri "Duş almadığım üçün başım qaşınırdı, başımı qaşıyanda səs çıxır deyə bir müddət sonra bunu belə qadağan etdilər. Orada bir müddət də qalsaydım, ölərdim, çox böyük psixoloji sarsıntı idi" şəklində təsvir edən Yasuda hazırda müalicə olunur. O, fiziki gücünü bərpa edəndən sonra mətbuat konfransı keçirəcək.
Gülşən