"Taliban” hərəkatının nümayəndələri Kabildə hərbi parad keçirib. Parad "Taliban”ın ABŞ bölmələrinin çıxarılmasından sonra ələ keçirilən və ya əvvəlki hökumətdən miras qalan hərbi texnikanı nümayiş etdirərək, ölkənin paytaxtında keçirilib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bunlarla bərabər Rusiya istehsalı olan Mi-8/17 helikopterləri Kabil üzərində uçuşlar həyata keçirib.
Göstərilən texnika və silahların əksəriyyəti əvvəlki hökumət dövründə Əfqanıstan ordusuna məxsus olub. "Taliban” rəsmiləri bildiriblər ki, köhnə ordudan olan pilotlar və mexaniklər kimi hərbi mütəxəssislər tədricən yeni orduya inteqrasiya olunacaq.
Bundan əvvəl "Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev bildirib ki, əvvəlki hökumətin süqutu zamanı Əfqanıstanda 100-dən çox Mi-17 helikopteri qalıb.
Bu, "Taliban”ın keçirdiyi ilk hərbi parad deyil. Noyabrın 8-də hərəkat Qəndəharda da maşın və ordusunu nümayiş etdirib.
Alpər