Xəbər lenti

Taliban lideri uzun illər ABŞ bazasının yaxınlığında gizlənib
Dünya13:44 11.03.2019

Taliban lideri uzun illər ABŞ bazasının yaxınlığında gizlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqonun illərlə axtardığı Taliban lideri Molla Ömər ABŞ hərbi bazasının 5 km məsafəsində yaşayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə holland jurnalist Bette Damın "Molla Ömərin gizli həyatı" adlı kitabla yazılıb.
Dam məlumatları Ömərim mühafizəçisi olmuş Cabbar Omari və digər Taliban üzvləri ilə görüşlərdən əldə edib. İddiaya görə, terrorçu lider Əfqanıstanın Zabul qəsəbəsində yerləşən hərbi bazanın yaxınlığındakı evdə illərlə gizlənib. ABŞ qüvvələri həmin yerə basqın təşkil etsə də, gizli otaqda olduğu üçün Molla Öməri tapa bilməyib. 
ABŞ 11 sentyabr hadisələrindən sonra Molla Ömərin başına 10 milyon dollar mükafat qoyub. Gizli həyat yaşamaq məcburiyyətində qalan Molla Ömər bu dövrdə öz dilini yaradıb. Bildirilir ki, o, Taliban idarəçiliyində yaxından iştirak edə bilməyib, lakin sülh danışıqları üçün Qətərdə Taliban bürosunun açılmasına razılıq verib. Molla Ömər 2013-cü ildə ölüb və adsız məzarda dəfn edilib.
Gülşən