"Taliban" silahlıları Əfqanıstanın Pəncşir əyalətində "müqavimət hərəkatı”na qarşı hərbi əməliyyat keçirmək qərarına gəlib.
Qaynarinfo-nun Əl-Cəzirə telekanalına istinadla verdiyi xəbərə görə, onlara qarşı hücuma başlamaq qərarı Pəncşir müqavimətinin lideri Əhməd Məsudla əyaləti silahlıların nəzarətinə təslim etməməsindən sonra "Taliban” tərəfindən qəbul edilib.
Daha əvvəl "Taliban” nümayəndəsi Zabiullah Mücahid Əfqanıstanda müqavimət qüvvələri ilə danışıqlarda irəliləyiş olduğunu bildirib. O, müharibənin qarşısının alınacağına və məsələnin "qarşılıqlı anlaşma yolu ilə həll ediləcəyinə" ümid etdiyini bildirib.
Xəyal