Xəbər lenti

“Taliban” "müqavimət qalası"nın dünya ilə əlaqəsini kəsdi (FOTOLAR)
Dünya08:00 01.09.2021

“Taliban” "müqavimət qalası"nın dünya ilə əlaqəsini kəsdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın gözü Əfqanıstandan qaynaqlanan hadisələrə tuşlanıb. 
Qaynarinfo xəbər verir ki, "Taliban” əleyhinə son müqavimətin son qalası hesab olunan Pəncşirdə vəziyyət sürətlə dəyişir.
Müqaviməti aradan qaldırmaq üçün yüzlərlə silahlını bölgəyə göndərən "Taliban” Pəncşirin dünya ilə əlaqəsini kəsib. Yerli sakinlər "Taliban”ın bölgəyə gedən yolları bağladığını, ərzaq məhsullarının qiymətinin qalxmasına səbəb olduğunu da iddia edirlər. 
Əfqanıstan prezidenti Əşrəf Qəni ölkədən qaçdıqdan sonra özünü müvəqqəti prezident elan edən Əmrullah Salih son bir neçə gündə "Taliban” əleyhinə müqaviməti alovlandırmışdı. Saleh son həftələrdə Pəncşir əyalətinə keçərək taliblərə meydan oxuyurdu.
Qeyd edək ki, son ABŞ əsgərinin bölgədən çıxarılması ilə "Taliban” Əfqanıstanda ən böyük qüvvəyə çevrilib. Paytaxt Kabil da daxil olmaqla ölkənin çox hissəsini ələ keçirən təşkilata boyun əyməyən yalnız bir bölgə qalıb ki, o da Pəncşirdir.
Xəyal