Xəbər lenti

Taliban paytaxtın kandarında: İngiltərə Kabilə əlavə qoşun yeritməyə başlayır
Dünya05:31 14.08.2021

Taliban paytaxtın kandarında: İngiltərə Kabilə əlavə qoşun yeritməyə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngilis ordusu Əfqanıstanda gücünü artırır. Əsas məqsəd ingilis vətəndaşların bu ölkədən çıxarılmasıdır. 
Qaynarinfo xəbər verir ki, İngiltərə Baş naziri RAF təyyarələrinin bu məqsədlər üçün istifadəsini təsdiqləyib.
Ümumilikdə 600 İngilis əsgəri Kabula gedəcək. Onlar Əfqanıstandan İngiltərə vətəndaşlarını və ingilislər üçün işləyən əfqan mütəxəssislərini çıxaracaqlar. Əməliyyatın bir neçə həftə çəkəcəyi planlaşdırılır. Koordinasiya Northvudda (London ətrafı) yerləşən ixtisaslaşdırılmış qərargah tərəfindən təmin ediləcək.
Amerika hərbçiləri Əfqanıstandan çəkildikdən sonra orada Taliban hərəkatının yaraqlıları aktivləşib. Taliblər avqustun əvvəlində əyalətlərdən birinin inzibati mərkəzini ələ keçiriblər. Bu, son beş ildə ilk dəfə baş verib. Daha sonra, Taliban daha 9 böyük şəhərin ələ keçirildiyini elan edib. ABŞ kəşfiyyatı ekstremistlərin önümüzdəki ay Kabulu nəzarətə götürə biləcəyini hesab edir.
Alpər