Xəbər lenti

“Taliban” qaçmış məmurların əmlakını satıb bu işə sərf edəcək
Dünya10:38 09.10.2021

“Taliban” qaçmış məmurların əmlakını satıb bu işə sərf edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Əfqanıstan hakimiyyəti ölkədən qaçan məmurların əmlakını sataraq qonşu dövlətlərə elektrik enerjisinə olan borclarını ödəyəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə TOLO News telekanalına DABS Energy Corporation-ın İstehsalat üzrə direktor vəzifəsini icra edən Safiullah Əhmədzai bildirib.
Qaçaq məmurların əmlakının satılması proseduru "Taliban” tərəfindən təyin olunan yeni hökumətin təsdiqindən keçməlidir. Həmçinin, "illərdir elektrik enerjisi ödəməyən” digər vətəndaşların əmlakı da hərraca çıxarıla bilər. Buna baxmayaraq, adı çəkilənlər yetərli olmadığından borcun ödənilməsi üçün digər tədbirlər nəzərdən keçiriləcək.
Əfqanıstanın elektrik enerjisinə görə qonşu ölkələrə təxminən 62 milyon dollar borcu var. DABS bu ölkələrə elektrik enerjisini söndürməmələrini xahiş edən məktublar göndərərək borcu ödəyəcəklərini vəd edir. Tacikistan və Özbəkistan böyük borclara baxmayaraq, qışda elektrik enerjisini kəsməyəcəklərini açıqlayıb.
Alpər